Nümunə kimi götürülmüş əşyaların saxlanılması və onların qorunması, qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən təşkilatlarda tədqiq edilməsi vergi orqanının hesabına həyata keçirilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.
Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirmədiyi halda, həmin əşyalar vergi ödəyicisinə qaytarılır. Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirdikdə isə onların dəyəri vergi orqanı tərəfindən ödənilir.