Zireh korroziyaya uğrayarsa, torpaqlama naqilini metal üz qabığına birləşdirməyə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Zədələnmə nəticəsində cərəyandaşıyıcı damarlar açılıbsa, kabeli deşmədən bilavasitə gərginlik göstəricisi vasitəsilə gərginliyin olmamasını yoxlamaq olar. Kabeli deşərkən xüsusi geyimdən, dielektrik əlcəklərdən və mühafizə eynəyindən istifadə edilməlidir. Deşən zaman qanovdan yuxarı izoləedici özülün üstündə deşilməsi nəzərdə tutulan kabeldən mümkün qədər uzaqda durulmalıdır.