Konservasiya olunmuş obyekt və tikinti meydançası akt əsasında sifarişçiyə təhvil verilir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Akta icra sənədləri, iş jurnalları, tikinti zamanı aparılmış müayinələr, yoxlamalar, nəzarət sınaqları, ölçmələr haqqında sənədlər, habelə materialların, işlərin, konstruksiyaların, texnoloji avadanlığın və obyektin mühəndis sistemlərinin tikinti layihəsinə və şəhərsalma və tikinti normativ sənədlərinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlər əlavə olunur.