Dayağa qalxmaq və onun üzərində işləməyə yalnız dayağın kifayət qədər möhkəm və dayanıqlı olduğunu yoxladıqdan sonra yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Möhkəmliyi şübhə doğuran (dərinliyin kifayət qədər olmaması, qruntun şişməsi, ağacın çürüməsi, betonda çatların, cırılmaların olması) dayağın bərkidilmə zəruriliyi və üsulunu işləmə yerində iş icraçısı və ya iş rəhbəri təyin etməlidir.