Tikinti meydançasında və ya ərazinin sahibi ilə əldə olunmuş razılaşmaya əsasən sifarişçi tərəfindən istifadə olunan ərazidə yerləşən müvəqqəti tikili podratçının (baş podratçının) qərarı ilə istifadəyə verilir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Müvəqqəti tikilinin istifadəyə verilməsi aktla və ya tikinti-quraşdırma işlərinin ümumi jurnalında müvafiq qeydlərlə rəsmiləşdirilir.