Nəzarət olunan zonada qalma müddəti ölçülən intensivliyin ən böyük qiymətinə görə təyin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik və maqnit sahələrinin işləmə yerlərində intensivliyin səviyyəsinə nəzarət aşağıdakı şərtlərlə aparılmalıdır:
– yeni, yenidən qurulan və fəaliyyəti genişləndirilmiş elektrik qurğuları istismara qəbul edildikdə;
– yeni işləmə yerləri təşkil olunduqda;
– işləmə yerlərinin attestasiyası aparıldıqda.