2024-cü il Paris Yay Olimpiadasında iştirak edən bir sıra idmançılar arasında bağırsaq infeksiyası aşkarlanıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, Belçika, İsveçrə, Qazaxıstan və Kanadanı təmsil edən triatlonçular səhhətlərində yaranan analoji problemə görə yarışmaqdan imtina ediblər.
Hələlik yarışların Təşkilat Komitəsi yaşananlarla bağlı açıqlama verməyib.