Elektrostatik yüklərin yaranmasının qarşısını almaq üçün transformator yağlarının boşaldılması və doldurulması prosesində gərginliyi 110 kV və daha yuxarı olan güc transformatorlarının girimləri torpaqlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İnsanların işdə olan güc transformatorunun çəninin üstünə çıxması, həmçinin aşkar zədələnmə əlamətləri olan gərginlik altında olan güc transformatorlarına yaxınlaşması qadağandır.