Açarların baklarında və havayığıcılardakı manometrin sıfır göstərişi sıxılmış havanın olmamasının etibarlı əlaməti sayıla bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Oyuqların qapaqlarını çıxaran zaman qayka və boltlar bilavasitə açmazdan qabaq havaburaxıcı tıxacları (klapanları) və yaxud sürgüləri açmaqla sıxılmış havanın həqiqətən olmamasına əmin olunmalıdır. Yalnız oyuqların qapaqlarını çəkib bərkidən qayka və boltları bağladıqdan sonra buraxıcı tıxacları (klapanları) və yaxud sürgüləri bağlamağa yol verilir.