Ölçmələrin nəticələri əsasında sahənin açıq paylayıcı qurğu (APQ) ərazisində paylanma xəritəsi tərtib olunmalı və istismarçı tərəfindən (texniki rəhbər (baş mühəndis) cəlb edilməklə) təsdiqləməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik sahələrinin yüksək intensivliyindən mühafizə vasitələri qismində maşın və mexanizmlərdə quraşdırılan səyyar və əldə daşınan ekranlayıcı qurğular, çıxarıla bilən ekranlayıcı qurğular və ekranlaşdırıcı fərdi geyim dəstləri istifadə olunur.