Elektrik süzgəclərinin və qaz yollarının daxilində qaynaq işləri apararkən elektrik qaynaq aqreqatı yüksüz işləmə gərginliyinin avtomatik açma və ya 0,5 saniyədən az müddətdə gərginliyi 12 V-dək aşağı salan qurğu ilə təchiz olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Turşulu və qələvli akkumulyator batareyalarının qapıları qıfılla bağlı otaqlarda yerləşdirilməlidir. Bu otaqlara baxış keçirilməsi və orada işlərin icrası üçün açarlar həmin otağın istismarçısı tərəfindən müəyyənləşdirilmiş ardıcıllıq üzrə verilir.