Müvəqqəti tikilinin, eləcə də tikinti məqsədlərinə uyğunlaşdırılmış mövcud binalardakı ayrıca sahələrin (yerləşgələrin) vəziyyətinə, onların texniki istismarına görə məsuliyyəti podratçı (baş podratçı) daşıyır.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikinti obyektinin inşası məqsədilə yaradılmış müvəqqəti tikili sifarişçinin ərazisində və yaxud yanaşı ərazilərin sahibləri ilə əldə olunmuş razılaşma əsasında sifarişçi tərəfindən istifadə olunan ərazidə yerləşdirilir.