Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo Kiyev” – “Reyncers” matçının hakimləri Polşada saxlanılıb.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, buna səbəb onların xuliqanlıq etməsi olub.

Bunlar VAR hakimi Bartoş Frankovski və AVAR hakimi Tomaş Musialdır.

Onlar spirtli içki qəbul etdikdən sonra yol nəqliyyat nişanını yerindən çıxardıqları üçün polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, UEFA görüşə yeni VAR və AVAR hakimləri təyin edib.