Dartıcılar vasitəsilə dayaqların bərkidilməsi üzrə işlər dayağa qalxmadan, yəni qaldırıcı platforma və ya dayağa qalxmaq tələb olunmayan digər mexanizmdən istifadə edilməklə yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Dayağa qalxmağa yalnız onu bərkitdikdən sonra yol verilir. Naqillərin və trosların birtərəfli ağırlığına hesablanmamış və müvəqqəti bu ağırlığa məruz qalan dayaqların aşmasının qarşısını almaq üçün onlar öncədən bərkidilməlidir. Dayaqlar bərkidilənədək naqillərin tamlığını pozmaq və dayaqlarda bağları çıxarmaq qadağandır.