Val çevirici qurğu vasitəsilə fırladılan generator istisna olmaqla, sahə söndürən avtomat (SSA) açılmış təsirlənməmiş fırlanan generator gərginlik altında hesab edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Generatoru sınaqdan keçirərkən onun dövrəsinin və ya blok-generatorun dövrəsinin bölmələrində qısa qapayıcıların quraşdırılması və çıxarılması onlar torpaqlandıqdan sonra həyata keçirilməlidir. Qısaqapanmaların işçi fırlanma sürətində quraşdırılması və çıxarılması generatordan təsirlənməni çıxardıqdan və SSA-nı söndürdükdən sonra qoruyucu vasitələrdən istifadə etməklə həyata keçirilir.