Jurnalın bu hissəsində tikinti işlərinin başlama və başa çatma tarixləri, tərkibi, həcmi və aparılma şəraiti barədə məlumat verilməlidir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Burada həmçinin tikinti işlərinin aparılması üsulları, istifadə edilən inşaat materialı, məmulat və konstruksiyaları, texnoloji avadanlığın, mühəndis sistemlərinin, xətt və vasitələrinin sınağı, layihə cizgilərində nəzərdə tutulmuş texniki həllərin dəyişdirilməsi və onların razılaşdırılması, tikinti işlərinin meteoroloji və digər spesifik şəraitdə aparılması barədə məlumat öz əksini tapmalıdır.
Cədvəl 6-da tikinti-quraşdırma işlərinin gedişinə, təhlükəsizliyinə və keyfiyyətinə dövlət nəzarətini həyata keçirən orqanın məsul şəxsinin irad və təklifləri qeyd edilir.