Polad iynəli və ya kəsici ucluqlu elektrik izoləedici ştanqlardan istifadə edərkən xüsusi mühafizə ekranı tətbiq edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Kabel işəburaxan və iş icraçısı tərəfindən birgə deşilir. Onlardan biri bilavasitə kabeli deşir, digəri isə nəzarət edir. İş icraçısı eyni zamanda işəburaxanın səlahiyyətlərini icra etdikdə iş rəhbəri ona nəzarət edir.