ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək prezident seçkisi üçün vitse-prezident postuna namizədini müəyyənləşdirib.
Heftelik.az-ın CNN-ə itinadən verdiyi məlumata görə, Kamala Harris noyabrda keçiriləcək seçkilərdə Minnesota qubernatoru Tim Valsla birgə mübarizə aparacaq.
Onun yaxın saatlarda Filadelfiya mitinqində bu qərarı elan etməsi gözlənilir.
Son günlərdə vitse-prezident postuna potensial namizədlər arasında üçlük – Pensilvaniya qubernatoru Coş Şapiro, Arizona senatoru Mark Kelli və Minnesota qubernatoru Tim Valsın adları çəkilirdi.