Mingəçevir su anbarında yeniyetmə bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.
Heftelik.az-ın “Report”a istinadən verdiyi məlumata görə, su anbarında çimən şəhər sakini, 2008-ci il təvəllüdlü Nəsib Vüsal oğlu Kazımlının üzərindən kater keçib.
Bu zaman qayığın pəri yeniyetməyə xəsarət yetirib.
O, ağır halda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.