Trixlordifenil ilə hopdurulmuş və sızması olan kondensatorların gövdəsinə əlcək geyinmədən toxunmaq qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Trixlordifenil dəriyə düşdükdə o sabunlu su ilə, gözə düşdükdə gözlər bor turşusunun zəif məhlulu və ya natrium bikarbonatın məhlulu ilə bir stəkan suya bir çay qaşığı xörək sodası əlavə etməklə yuyulmalıdır.