Tutulmuş şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi həll olunarkən o, tutulduğu andan 48 saat keçənədək məhkəməyə gətirilməli, məhkəmə işə təxirə salınmadan baxmalı və onun haqqında həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.