UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” “Ludoqorets”-lə (Bolqarıstan) qarşılaşıb.
Heftelik.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın baş hakimi isveçrəli Urs Şnider olub.
“Ludoqorets”-in futbolçusu Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib. Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol taparaq hesabı bərabərləşdirib. Ancaq , Bolqarıstan klubundan Kayo Vidal hesab arasındakı 87-ci dəqiqədə fərqi artırıb.
Beləliklə, “Qarabağ” “Ludoqorets”-lə ilk qarşılaşmada 1:2 hesabı ilə məğlub olub.