Podratçı (baş podratçı) tikinti meydançasının şəhər ərazisinə çıxışlarında nəqliyyat vasitələrinin təkərlərinin təmizlənməsi (yuyulması) məntəqələri, eləcə də tullantıların yığılması üçün xüsusi qurğular və ya bunkerlər yerləşdirməlidir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Yaşayış məntəqələrinin ərazisində torpaq qazma işləri aparılarkən tozla çirklənməni minimuma endirmək üçün tikinti ərazisinin (hərəkət yollarının), istifadə olunan texnikanın (traktorun çalovunun, yük maşınlarının təknəsinin və s.) səthi suvarılması təmin edilməlidir.