Traversə naqilləri, trosları, izolyatorları qaldıran zaman (və yaxud düşürən zaman) yük qaldırılan traversdə və yaxud bu traversin altındakı dirəkdə yerləşmək qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Yükün qaldırılma sxeminin seçilməsi və qaldırıcı blokların yerləşdirilməsi elə hesablanmalıdır ki, dayağın zədələnməsinə səbəb ola biləcək təzyiq yaranmasın.