Yeraltı tikililərdə işə başlayanadək və iş zamanı təbii və ya məcburi havalanma təmin olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Kabel kollektorlarında və tunellərində işləyərkən aralarında insanlar olan 2 (iki) lük və ya 2 (iki) qapı açıq olmalıdır. Açıq lükun yanında xəbərdaredici təhlükəsizlik işarəsi və ya çəpərləmə qurulmalıdır.