Akkumulyator otaqlarında siqaret çəkmək, oraya odla girmək, orada qığılcım yarada biləcək elektrik qızdırıcı cihazlardan, aparatlardan və alətlərdən istifadə etmək qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Akkumulyator otaqlarının qapılarında “AKKUMULYATOR OTAĞI”, “SİQARET ÇƏKMƏK QADAĞANDIR” və ya “ODDAN TƏHLÜKƏLİDİR” sözləri yazılmalı və təhlükəsizlik işarələri bərkidilməlidir.