Maqnit sahəsinin təsirlərindən mühafizə vasitələri konstruktiv olaraq maqnit sahələrini qapamağı təmin edən yüksək maqnit keçiriciliyinə malik materialdan passiv və aktiv ekran şəklində hazırlanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğularının maqnit və elektrik sahələrinin səviyyəsi icazə verilən maksimum həddən artıq olan, istismar şərtlərinə görə insanların qısamüddətli qalmasına icazə verilməyən zonaları hasarlanmalı və xəbərdarlıq nişanları ilə işarələnməlidir.