Dayağın başına kimi qalxmaqla onun rənglənməsini elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik mütəxəssis yerinə yetirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Dayağı rəngləyən zaman boyanın izolyatorun və naqillərin üzərinə düşməsinin qarşısını alan tədbirlər görülməlidir (o cümlədən altlıqdan istifadə edilir, izolyatorlar plyonka, qumaş və ya digər materialla bağlanır).