Gərginliyi 0,4–10 kV olanhava xətlərinin (HX) sökülməsi üzrə işləri görmək üçün dayaqlara lazlar, nərdivanlar vasitəsilə qalxmağın hansı hallarda qüsurlar olduqda qadağan edildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 0,4–10 kV olanhava xətlərinin (HX) sökülməsi üzrə işləri görmək üçün dayaqlara lazlar, nərdivanlar vasitəsilə qalxmaq aşağıdakı qüsurlar olduqda qadağandır:
– dirəyin yuxarı ucunun şaquli ox boyunca və xəttin köndələninə meyilliliyi 10 sm-dən çox olduqda;
– dayağın qrunta basdırılması layihədə göstərilən dərinlikdə olmadıqda;
– dayaq qrunta layihədə göstərilən dərinlikdə bastırılmış, amma özül çalası tam doldurulmamış və doldurulmuş qrunt döyəclənmədikdə;
-. beton dirəklərdə və ya söykəmələrdə uzununa və ya köndələninə çatlamalar, armaturların üzərini açan boşluqlar və yelçəkən dəliklər mövcud olmadıqda;
-. dayağın dirəyinin və ya calağının oduncağının radius üzrə 2,5 sm (dayağın diametri 20-25 sm olduqda), 3 sm (dayağın diametri 25-30 sm olduqda) və 4 sm (dirəyin diametri 30 sm-dən çox olduqda) çürüdükdə;
– aşırımda 2 və daha çox qırılmış naqil olduqda;
– dayaqda yerə qapanma cərəyanlarının fəsadları göründükdə (o cümlədən metal konstruksiyalarda ərimələr, betonda çatların əmələ gəlməsi, dayağa yapışıq qruntun əriməsi, otların yanması);
– dirəyi calağa bərkidən bandajın məftillərinin qırıldığı halda.