Siyirtmələrin, icra mexanizmlərinin elektrik intiqallarının şiberlə, siyirtmə və digər qurğularla birləşdirildiyi hallarda, elektrik intiqalının yoxlanılması onların quraşdırıldığı yerin istismarçısının icazəsi əsasında briqada tərəfindən aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İcazənin verilməsi haqqında istismarçının əməliyyat jurnalında, icazənin alınması barədə isə yoxlamanı aparanın əməliyyat jurnalında qeyd olunur.