İstismarçıya məxsus elektrik qurğularında sistem operatoru tərəfindən qəza işləri, o cümlədən kabellərin qəza zədələnməsinin ölçülməsi və sınaqları aparılan zaman naryadın verilməsi və işə buraxılış “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”n tələblərinə uyğun sənədləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Belə hallarda naryad verməyə səlahiyyəti olan şəxs olmadıqda qəzanın tezliklə aradan qaldırılması məqsədilə elektrik qurğusunun istismarçısı tərəfindən naryad vermə səlahiyyəti olan şəxs müəyyən olunmalıdır.