Kabellərin uzunluğu və çəkilmə üsulu cizgilər, birkalar və ya kabel axtaran aparatlar vasitəsilə təmir olunmalı, kabeli dəqiq təyin etməyə imkan verdiyi hallarda, elektrik stansiyalarının, qazanxanaların, yarımstansiyaların, sexlərin və digər istehsalat obyektlərinin daxili kabel xətlərində naryadverənin qərarı ilə kabeli onu kəsməzdən və ya muftanı yarmazdan qabaq deşməməyə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İlkin deşmə edilməyən hallarda, birləşdirici muftaların yarılması və kabellərin kəsilməsi dielektrik əlcəklərdən və botlardan, üz və gözlər üçün fərdi mühafizə vasitələrindən istifadə etməklə və elektrik izoləedici baza üzərində dayanmaqla torpaqlanmış alətlə həyata keçirilməlidir.