Kommutasiya aparatlarının sazlanması və tənzimlənməsi zamanı onları yoxlamaq üçün qoşarkən və açarkən naryad verilmədikdə əməliyyat cərəyanı dövrələrinə və intiqalın güc dövrələrinə siqnallama və qızdırılma, həmçinin intiqala və açara hava vermək məqsədilə müvəqqəti gərginlik verilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Çıxarılmış qoruyucuların öz yerinə quraşdırılmasını, açılmış dövrələrin qoşulmasını və hava verilən zaman siyirtmənin açılmasını, həmçinin yoxlama zamanı “QOŞMA! ADAMLAR İŞLƏYİR” və “AÇMA! ADAMLAR İŞLƏYİR” sözləri yazılmış plakatların çıxarılmasını operativ heyət və yaxud onun icazəsi ilə iş icraçısı yerinə yetirir.