Mühəndis-kommunikasiya təminatı sistemlərinin mühafizə zonalarında istismarla bağlı qazıntı işlərinə yalnız torpaq sahibindən asılı olaraq, yerli icra hakimiyyəti orqanlarından və ya yerli özünüidarəetmə orqanlarından, habelə qazıntı aparılan torpağın sahiblərindən və həmin təminat sisteminin mülkiyyətçisindən yazılı icazə alındıqdan sonra başlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Mühəndis-kommunikasiya təminatı sistemlərinin yerləşdirilmə dərinliyinin müəyyən edilməsi üçün qazıntı işləri plan (diaqram) ilə yerinə yetirilməlidir.