Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, idmançımız Həsrət Cəfərov növbəti görüşünə çıxıb.

O, 1/4 finalda Moldova təmsilçisi Valentin Petiçlə qarşılaşıb.

İdmançımız rəqibini məğlub edərək yarımfinala yüksəlib.

Yarımfinalda təmsilçimiz Həsrət Cəfərovun rəqibi də bəlli olub.  Həsrət Cəfərov yarımfinalda Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı Pərviz Nəsibovla qarşılaşacaq.