Sahə söndürən AVTOMAT

07 Avqust 2024, 08:16

Blokun yüksəldici transformatoru yüksək gərginlik tərəfdə, budaqlanmadakı xüsusi sərfiyyat transformatoru aşağı gərginlik tərəfdə torpaqlanıb və gərginlik transformatoru vasitəsilə gərginlik verilməsi istisna olunubsa, dayandırılmış blok generatorunun sxemlərində işlərin icrası zamanı onun çıxışlarının torpaqlanması tələb olunmur .

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Sahə söndürən avtomat (SSA) söndürülmüş təsirlənməmiş fırlanan generatorun stator dövrələrində qalıq gərginliyini ölçməyə və fazaların fırlanma ardıcıllığını təyin etməyə yol verilir. Bu işlər operativ heyətin nəzarəti altında elektrik mühafizə vasitələrindən istifadə etməklə elektrik laboratoriyaları və sazlama üzrə podratçılar tərəfindən naryad və ya sərəncam əsasında yerinə yetirilir.