Sifarişçi tikintiyə nəzarət zamanı istifadə olunan materialların, məmulat və avadanlığın keyfiyyətinə dair sənədlərin (müəyyən edilmiş hallarda sertifikatların), ilkin yoxlama və laboratoriya sınaqlarının sənədləşdirilmiş nəticələrinin podratçıda (baş podratçıda) olmasını yoxlayır, istifadə olunan materialların, məmulat və avadanlığın yığılması və saxlanması qaydalarına podratçı (baş podratçı) tərəfindən riayət olunmasına nəzarət edir; bu qaydalar pozulduqda sifarişçinin tikintiyə nəzarəti həyata keçirən nümayəndəsi düzgün yığılmamış və saxlanılmayan materialların istifadəsini qadağan edir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.