Transformator yağının buxarlarının alışmasının qarşısını almaq məqsədilə qaynaq yerindən 200-250 mm yuxarı səviyyədə yağ doldurduqdan sonra işləməyən güc transformatorlarında qaynaq işlərinin aparılmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Qaynaq işləri aparılarkən yağ sızmalarını aradan qaldırmaq məqsədilə güc transformatorlarında qaynaq yerində yağ sızmasının kəsilməsini təmin edən vakuum yaradılmalıdır.