Ümumi iş jurnalının səhifələri nömrələnir, tikilir və möhürlənir, titul vərəqi tikinti təşkilatı rəhbərinin imzası və möhürü ilə təsdiq edilir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikintisi başa çatmış obyektin istismarına icazə verən orqan (qurum) tərəfindən icazə verildikdən sonra tikinti obyektinin icra sənədləri daimi saxlanılması üçün sifarişçi tərəfindən obyekti istismar edən təşkilata təqdim olunur.