Malların (işlərin, xidmətlərin) bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün əşyalar səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülür.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Vergi Məcəlləsində əksini tapıb.

Vergi qanunvericiliyinin pozulmasının, o cümlədən aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, məcburi nişanlama ilə nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının saxlanılmasının, satışının və idxal olunmasının sübut edilməsi üçün də əşyalar səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülür.