Açıq paylayıcı qurğu (APQ) üzrə hərəkət və hava xəttinin (HX) altından keçən zaman yükqaldıran maşın və mexanizmlərin və avtomobil nəqliyyatının qaldırıcı və irəli çıxan hissələri təhlükəsiz yürüş vəziyyətində olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
APQ üzrə hərəkət sürəti yerli şəraitə görə təyin olunur, lakin bu sürət 10 km/saatı aşmamalıdır. HX altında yükqaldıran maşın, mexanizmlər və avtomobil nəqliyyatı naqillərin ən az (dayağa yaxın) sallandığı yerlərdən hərəkət etməlidir.