Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri avqustun 9-da başa çatıb.

Heftelik.az-ın məlumatına görə, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər yola saldılar.