Hava xəttində (HX) işləyənlərin en kəsiyi 240 mm2-dən az olmayan naqillər üzrə və en kəsiyi 70 mm2-dən az olmayan troslar üzrə hərəkət etməyə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
HX-nin haçalanmış naqilləri və trosları üzrə hərəkət edərkən sığortalayıcı kəndirin qayışı (qoruyucu kəmərin ipləri) onlara bərkidilir, arabacıqlardan istifadə edildikdə isə arabacığa bərkidilir.
Fəaliyyətdə olan HX ilə kəsişən aşırımlarda işləyərkən kəsişən xətlərin hamısından açılmaqla gərginlik çıxarılmalı və torpaqlanmalıdır.