Braziliyanın cənub-şərqində San-Paulu ştatının Vinhedo bölgəsində göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi qəzaya uğrayıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “G1” xəbər portalı məlumat yayıb.
Kaskaveldən havaya qalxıb Quarulyos istiqamətində hərəkət ediən təyyarə Vinhedo şəhərinin yaşayış massivlərindən birinin üzərinə yerə çırpılıb.
Vinhedo bölgəsinin rəsmiləri Braziliyada baş verən təyyarə qəzasında heç kimin sağ qalmadığını açıqlayıb.