Yoxlamadan sonra elektrik mühərrikində işlərin davam etdirilməsi üçün operativ-təmir heyəti yenidən işləmə yerini hazırlayır və briqada naryad üzrə təkrar elektrik mühərrikində işə buraxılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İcra mexanizmlərinə birləşdirilməyən elektrik intiqallarının, tənzimləyici orqanların və bağlayıcı armaturların elektrik sxemlərinin təmiri və sazlanmasını sərəncam üzrə aparmağa yol verilir. Onların yoxlanmasına icazəni sərancam verən şəxs verir. Bu haqda qeyd sərəncamın qeydiyyatı zamanı edilməlidir.