Sifarişçi tikintiyə nəzarət zamanı Fövqəladə Hallar Nazirliyinin və tikintiyə icazə verən orqanın (qurumun) göstərişlərinin podratçı (baş podratçı) tərəfindən yerinə yetirilməsini yoxlayır və qəza haqqında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tikintiyə icazə verən orqana (quruma), sifarişçiyə və layihəçiyə dərhal məlumat verir və qəzanın səbəblərinin araşdırılması məqsədilə qəza ərazisinin mühafizəsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.