Tikinti obyektləri yenidən qurularkən nəqliyyat kommunikasiyalarından və mühəndis şəbəkələrindən, habelə yükqaldıran avadanlıqdan inşaat və istismar heyəti tərəfindən birgə istifadə olunması nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikinti obyektlərinin yenidən qurulması zamanı konstruksiyaların, sex və meydança daxilində nəqliyyat vasitələrinin və kommunikasiyaların, avadanlıq və mühəndis şəbəkələrinin texniki vəziyyətinin qiymətləndirilməsi (müayinə) nəticələri, söküntü və tikinti-quraşdırma işlərinin aparılması şərtləri (havada qazın, tozun həddən artıq olması, partlayış və yanğın təhlükəsi, yüksək səs-küy, çətin keçilən məhdud sahələr və s.) nəzərə alınmalıdır.