Kompensasiya cərəyanının pilləli tənzimlənməsi olan qövssöndürücü reaktorun (QSR) budaqlanmalarının çevirmələri yalnız onu açdıqdan sonra texniki və təşkilati tədbirlər yerinə yetirilməklə aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
QSR yerləqapanma tutum cərəyanlarının kompensə olunma rejimində işləyərkən dielektrik botlardan istifadə etmədən QSR-ə 8 m məsafədə yaxınlaşmaq qadağan olunur.