Qazılmış özül çalaları, xəndəklər və ya çalalar “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na uyğun çəpərlənməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Çəpərlərin üzərində xəbərdaredici yazılar və işarələr olmalıdır. Küçələrdə, keçidlərdə, yaşayış məntəqələrinin həyətlərində, həmçinin adamların və nəqliyyatın hərəkətli yerlərində quraşdırılmış çəpərlərin üzərində işıqlandırıcı siqnallama quraşdırılır. Lampalar üçün 12 V gərginlikdən istifadə olunur və onlar çəpərlərin sonundakı lövhələrdə quraşdırılır.