Çinin “Pinduoduo” marketpleysinin və onun törəmə şirkəti “Temu”nun yaradıcısı Kolin Huan ölkəsinin ən varlı adamıdır.

Heftelik.az-ın xəbərinə görə, bunu “Bloomberg Billionaires Index”in (BBI) məlumatları sübut edir.

Milyarderin sərvəti avqustun 9-na 48,6 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilib.

Huan dünyanın ən zəngin 25-ci adamıdır.

Buna qədər üç ildən artıq müddətdə Çinin ən varlı adamı Çjon Şanşan idi. Sahibkar “Nongfu Spring” qablaşdırılmış sularının satışından sərvət qazanıb. Hazırda onun aktivləri 47,4 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.